• Bakı 18° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

“Qarabağ”ın çempionat oyununun yeri “Çelsi” ilə matça görə dəyişdirildi

İDMAN

28 Oktyabr 2025 | 19:56

“Qarabağ”ın çempionat oyununun yeri “Çelsi” ilə matça görə dəyişdirildi

“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

PFL-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçiriləcək oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının X turunun “İmişli” ilə səfər görüşünün yerinin dəyişdirilməsini istəyib.

“Qarabağ”ın rəsmi müraciətini, bölgə klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, X turda komandalar “Azərsun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Oktyabrın 30-da reallaşacaq matç saat 17:00-da start götürəcək.

XX turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.


SON XƏBƏRLƏR