• Bakı 19° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

"Xanı" ilə Kərim Vəliyev arasında NƏ DİALOQ OLUB? - Yanına ÇAĞIRDI...

SİYASƏT

29 Sentyabr 2025 | 13:11

Xanı ilə Kərim Vəliyev arasında NƏ DİALOQ OLUB? - Yanına ÇAĞIRDI...

Sentyabrın 23-də mina partlaması nəticəsində həyatını itirmiş “Xanı ləqəbli kəşfiyyatçı Səyyaf Əhmədovla bağlı maraqlı faktlar üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.

O, xatirələrində qeyd edib ki, Xanı düşmənə qarşı amansız, çox qəddar görünsə də, daxildən saf qəlbli, kövrək bir insan idi:

"Onunla 2020-ci il Vətən müharibəsindən əvvəlki dövrlərdə söhbətlərimiz həmişə müharibə, torpaqlarımızın düşməndən azad olunması mövzusu ətrafında gəzirdi. Çox danışmağı sevməsə də, söhbət Vətəndən düşəndə saatlarla danışar, sanki təskinlik tapar, ürəyini boşaldardı:

Azərbaycan Silahlı Qüvvələrində gizir rütbəsində xidmət edirdi. Bu dərəcədə yüksək avtoritet qazanmış insanlara çox az rast gəlmək olar".

Onun sözlərinə görə,  müharibə zamanı, Ağdama ilk daxil olunan gündə, təxminən səhər saat 9-10 radələrində rayon mərkəzinə, məscidin yanına Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və korpus komandiri, general-mayor Hikmət Həsənov gəlib. Onlardan 3-5 dəqiqə sonra isə sülhməramlıların generalı Volkov oraya daxil olub. Tərəflər atəşkəs müqaviləsində nəzərdə tutulan yeni təmas xətti ilə bağlı müzakirə aparıblar:

"Xanı və bir qrup Ağdam könüllüsü isə veriləcək yeni tapşırığı gözləyirdi. O, müzakirələrin aparıldığı yerdən 100-150 metr aralıda dəstəsi ilə dayanmışdı. Xarakterində özünü önə atmaq, diqqət çəkmək kimi bir xüsusiyyət yox idi. Anidən Kərim Vəliyev Xanını gördü, yanına çağırdı, qucaqlaşaraq görüşdülər. Ətrafdakılara onun haqqında xoş sözlər söylədi. Təsadüfi deyildi, çünki general-polkovnik Kərim Vəliyev Birinci Qarabağ müharibəsində Ağdamda N saylı hərbi hissənin komandiri olmuş, sonradan uzun illər Bərdə korpusuna rəhbərlik etmişdi. Xanı isə həmin bölgədə xüsusi şöhrət qazanmış döyüşçülərdən idi".

Şahmuradov qeyd edib ki, Xanının döyüş tapşırıqları haqqında danışmaq kitabları doldurar:

"2016-cı ilin yayında 190-cı hərbi hissənin mühəndis xidmət rəisi, kapitan Toğrul Məmmədov döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Şəhidin nəşini ərazidən çıxarmaq mümkün deyildi. Xanı təkbaşına əraziyə daxil oldu və o iri cüssəli oğlanı öz zəif görünən, amma qüdrətli qolları ilə döyüş bölgəsindən çıxardı. Bu zaman bir güllə də Xanıya dəymişdi. Güllə kürək nahiyəsinə dəyərək "bronjilet"də ilişib qalmışdı. O isə göstərib gülürdü, deyirdi: “Məndən narahat olmayın, torpağı almamış ölən deyiləm”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

28 Sentyabr 2025