• Bakı 19° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

İspaniya ABŞ-nin İsrailə silah daşıyan gəmilərinə qadağa tətbiq edib

DÜNYA

29 Sentyabr 2025 | 13:22

İspaniya ABŞ-nin İsrailə silah daşıyan gəmilərinə qadağa tətbiq edib

İspaniya ABŞ-nin İsrailə silah-sursat və ya hərbi texnika daşıyan təyyarə və ya gəmilərinin Rota (Kadis əyaləti) və Moron-de-la-Frontera (Sevilya əyaləti) bazaları vasitəsilə tranzitini qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.

Bu, həm birbaşa İsrailə gedən, həm də aralıq dayanacaqdan sonra son təyinat məntəqəsi İsrail olan gəmilərə aiddir.

Bununla belə, krallıq İspaniya bazalarında dayanan ABŞ-a məxsus nəqliyyat təyyarələrini və ya gəmilərini yoxlamır.


SON XƏBƏRLƏR

28 Sentyabr 2025