• Bakı 19° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

"Qarabağ" - "Kopenhagen" oyununu bu hakim  idarə edəcək

İDMAN

29 Sentyabr 2025 | 12:32

Qarabağ - Kopenhagen oyununu bu hakim  idarə edəcək

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Niderlanddan olan FIFA referisi Serdar Gözübüyükə tapşırılıb.

Yan xətt hakimləri Ervin Zeynstra ilə Patrik İnya, dördüncü hakim Yannik Van Der Laan olacaq.

VAR-da Rob Dyeperin AVAR-da Yerun Manshot əyləşəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.


SON XƏBƏRLƏR

28 Sentyabr 2025