• Bakı 15° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

"Kopenhagen"in Bakıya səfər planı bəlli olub

İDMAN

29 Sentyabr 2025 | 11:51

Kopenhagenin Bakıya səfər planı bəlli olub

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"la üz-üzə gələcək Danimarkanın "Kopenhagen" klubunun Bakıya səfər planı bəlli olub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, rəqib komanda bu günün ikinci yarısında paytaxtda olacaq:

"Kopenhagen" matçdan bir gün sonra, səhər saatlarında Danimarkaya qayıdacaq. Qonaqları 120-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.


SON XƏBƏRLƏR

15 Noyabr 2025