• Bakı 19° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Mədəniyyət Nazirliyi Cabir İmanovun ölümü ilə bağlı nekroloq yaydı

CƏMİYYƏT

29 Sentyabr 2025 | 16:06

Mədəniyyət Nazirliyi Cabir İmanovun ölümü ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı nekroloq yayıb.

Bakıvaxtı.az xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında vəfat edib.

Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.  1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN "Əsrin çempionu" adına layiq görülüb. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.

Bir sıra filmlərdə maraqlı obrazlar canlandıran Cabir İmanovun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2015-ci ildə “Əməkdar artist” fəxri adı, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Cabir İmanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

 


SON XƏBƏRLƏR