• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

HADİSƏ

29 Dekabr 2025 | 16:01

Kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Qaradağ rayonunda kanalizasiya quyusuna yıxılaraq xəsarət alan vətəndaş xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Nəbiyev Rövşən Feyruz oğlu dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R.Nəbiyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.


SON XƏBƏRLƏR