Çində noyabr ayında elektrikli nəqliyyat vasitələrinin ixracını illik müqayisədə 87% artıraraq 199 836 ədədə çatdırıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, xüsusilə Meksikaya çatdırılma bütün ölkələr arasında ən yüksək göstəriciyə malik olub və çatdırılma 25 dəfə artıb.
İndoneziya 17 500 elektrik avtomobili (+302%) ilə ikinci yerdədir, növbəti yeri 13 520 (+66%) ilə Tayland tutub.
İlk 10-luğa həmçinin Filippin, Malayziya, Türkiyə, Böyük Britaniya, Belçika, Braziliya və Hindistan daxildir.
Gülşən Şərif
Bakı 




