• Bakı 19° C

    6.93 m/s

Son iki gündə pirotexniki vasitələr satan 23 nəfər saxlanıldı

HADİSƏ

29 Dekabr 2025 | 15:31

Son iki gündə pirotexniki vasitələr satan 23 nəfər saxlanıldı

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 23 nəfər müəyyən olunaraq saxlanılıb. 

Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026