• Bakı C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Binəqədidə çadırtipli kafenin fəaliyyəti dayandırıldı - FOTO

    CƏMİYYƏT

    29 Dekabr 2025 | 17:11

    Binəqədidə çadırtipli kafenin fəaliyyəti dayandırıldı - FOTO

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Binəqədi rayonunda (metronun “Avtovağzal” stansiyasının ikinci çıxışı) fəaliyyət göstərən fiziki şəxs Vüsal Akif oğlu Süleymanova məxsus çadırtipli kafedə yoxlama aparıblar.

    Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydaların pozulduğu aşkarlanıb.

    Belə ki, qida obyektinin zibil yeşiklərinin yanında yerləşdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, məhsulların saxlanması üçün soyuducu və dondurucunun mövcud olmadığı, toyuq hissələrinin açıq şəraitdə saxlandığı, bəzi qidaların birbaşa döşəmənin üzərinə yığıldığı məlum olub. Həmçinin qida məhsullarının, alət və ləvazimatların, eləcə də işçilərin əllərinin yuyulması üçün yuma çanaqlarının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

    Yoxlama zamanı istehlaka hazır qidalardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib.

    Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida obyektinin fəaliyyəti dayandırılıb.


    SON XƏBƏRLƏR