• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Prezident İTSF-nin 2026-cı il büdcəsini təsdiqləyib

İQTİSADİYYAT

29 Dekabr 2025 | 14:41

Prezident İTSF-nin 2026-cı il büdcəsini təsdiqləyib

Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun (İTSF) 2026-cı il büdcəsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, gələn il İTSF-nin büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (bu illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.

Xərclərin 1 milyard 976 milyon manatının Fondun gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.


SON XƏBƏRLƏR