• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Kirayə verilən yaşayış sahələri üzrə vergi dərəcəsi azaldıldı

CƏMİYYƏT

29 Dekabr 2025 | 14:30

Kirayə verilən yaşayış sahələri üzrə vergi dərəcəsi azaldıldı

2026-ci il yanvarın 1-dən fiziki şəxslərə kirayə verilən yaşayış sahələri üzrə vergi dərəcəsi optimallaşdırılır. Belə ki, vergi dərəcəsi 14%-dən 10%-ə endirilir ki, bu da ümumi vergi yükünün təxminən 30% azalması deməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün isə 14%-lik vergi dərəcəsi dəyişməz qalır.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota durmadan agent (hüquqi və ya fiziki şəxs) müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib.


SON XƏBƏRLƏR