• Bakı 24° C

    14.06 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

13 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş

HADİSƏ

29 Dekabr 2025 | 16:37

13 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş

2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəyyən edilib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Təranə Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb.

Qadının meyitinin qalıqları basdırıldığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir neçə il əvvəl T.Ağayevanın qardaşı Fuad şübhəli şəxs qismində tutulmuşdu. Lakin o, bacısının meyitinin qalıqlarının olduğu yeri göstərə bilməmiş, daha sonra sərbəst buraxılmışdı.


13 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026