• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Rusiya: Atəşkəs üçün Ukrayna qüvvələri Donbasdan çəkilməlidir

DÜNYA

29 Dekabr 2025 | 15:50

Rusiya: Atəşkəs üçün Ukrayna qüvvələri Donbasdan çəkilməlidir

Rusiya döyüşlərin dayandırılması üçün Ukrayna qüvvələrinin Donbasdan inzibati sərhədlərdən kənara çəkilməsini tələb etdiyini açıqlayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva məqsədlərinə çatmaqla münaqişəni bitirmək niyyətindədir.

O həmçinin Tramp–Zelenski görüşü barədə məlumatlarının olmadığını və Putinin yaxın vaxtlarda Tramp ilə yenidən danışacağını qeyd edib.

Rusiya Müdafiə Nazirliyi isə Donetskdəki Dibrova yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü və gecə ərzində 89 Ukrayna PUA-sının vurulduğunu bildirib.

Rəşid Muxtar


SON XƏBƏRLƏR