Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqda Avropa Şurasının baş katibi Alen Bersetlə görüş keçirib.
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, tərəflər Avropa Şurası çərçivəsində əməkdaşlıq və Ermənistanın qurumdakı dinamik iştirakını müzakirə ediblər.
Mirzoyan ölkəsinin demokratik islahatlara sadiqliyini və hibrid təhdidlər, xüsusilə dezinformasiya ilə mübarizəyə xüsusi önəm verdiyini bildirib.
Görüşdə həmçinin Cənubi Qafqazdakı son hadisələr və Ermənistanın sülh prosesinə dair yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, may ayında Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə Görüşündə Avropa Şurasının iştirakı da müzakirə mövzularından biri olub.
Əli Hüseynov
Bakı 




