2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,6 faiz artaraq 1 milyard 948,7 milyon manat olub.
Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 933 milyon manat olub ki, bu da ümumi dövriyyənin 47,9 faizini təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8 faiz artaraq 2 milyard 488,8 milyon manat olub.
Bakı 




