• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Binəqədidə ev yanıb, ölən və xəsarət alan var - YENİLƏNİB

HADİSƏ

29 Dekabr 2025 | 15:33

Binəqədidə ev yanıb, ölən və xəsarət alan var - YENİLƏNİB

Bu gün saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonundan yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 şəxsin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. 1 nəfərə isə yerində tibbi xidmət göstərilib", məlumatda qeyd olunub.

***

14:15

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb. 

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb. 

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


SON XƏBƏRLƏR