• Bakı C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Tusk: Ukraynada sülh danışıqlarının son mərhələsi uzaqdadır

DÜNYA

29 Dekabr 2025 | 16:54

Tusk: Ukraynada sülh danışıqlarının son mərhələsi uzaqdadır

Polşanın Baş naziri Donald Tusk Ukraynada sülh danışıqlarının başa çatması perspektivini "uzaq" adlandırıb.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, o bu barədə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra "X" hesabında yazıb.

Onun sözlərinə görə, Rusiyanın şərtləri ilə sülhün bağlanması Qərb və Ukraynanın qarşıdurmada məğlubiyyəti demək olacaq.

Qeyd edək ki, Tramp Zelenskini 28 dekabrda Florida ştatının Vest Palm Biç şəhəri yaxınlığındakı Mar-a-Laqo malikanəsində qəbul edib. İki saatdan çox davam edən ikitərəfli danışıqlardan sonra Tramp və Zelenski Avropa liderləri ilə video zənglə danışıblar. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin sözlərinə görə, müzakirə təhlükəsizlik zəmanətlərinə yönəlib.

Gülşən Şərif


SON XƏBƏRLƏR