• Bakı 19° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Ağsuda əməliyyat - saxlanılan var

 

HADİSƏ

29 Sentyabr 2025 | 11:22

Ağsuda əməliyyat - saxlanılan var 

Ağsuda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı Tale Məmmədli saxlanılıb.

Ondan 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

28 Sentyabr 2025