• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Zelenski Radanın keçmiş spikerinin öldürüldüyünü təsdiqlədi

DÜNYA

30 Avqust 2025 | 14:37 | Müəllif: Gülşən Şərif

Zelenski Radanın keçmiş spikerinin öldürüldüyünü təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ali Radasının keçmiş spikeri Andriy Parubinin Lvovda güllələndiyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, teleqram kanalında məlumat yayıb.

"Ukraynanın daxili işlər naziri İqor Klimenko və baş prokuror Ruslan Kravçenko indicə Lvovdakı dəhşətli qətlin ilk məlum halları barədə məlumat verdilər. Andriy Parubiy ölüb", - Zelenski qeyd edib.

Bundan əvvəl Ukrayna mətbuatı Andrey Parubiyin Lvovda güllələndiyi barədə məlumat yaymışdı.

Qeyd edək ki, Andriy Parubiy 2016-cı il aprelin 14-dən 2019-cu il avqustun 29-dək Ali Radanın sədri olub. O, 2014-cü il dövlət çevrilişində fəal iştirak edib və 2018-ci il noyabrın 1-də Rusiyanın sanksiya siyahısına daxil edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026