• Bakı 32° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Rusiya Paşinyanı devirmək üçün əlindən gələni edəcək

DÜNYA

31 Iyul 2025 | 17:02

Rusiya Paşinyanı devirmək üçün əlindən gələni edəcək

"Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanı geri çağırması birbaşa Rusiyaya qarşı atılan addımdır".

Bu barədə siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Rusiya açıq şəkildə Nikol Paşinyanı devirmək istəyir:

"Mümkün olarsa, bunu 2026-cı ildə keçiriləcək parlament seçkilərinədək reallaşdırmaq istəyir. Bunu edəcək qüvvələr kilsə və böyük maliyyə imkanları olan iş adamlarıdır. Fəxri konsul öz cinahını müəyyənləşdirib. Yəni Rusiyadan hansısa yönləndirmə olub və konsul açıq şəkildə bildirib ki, o, Paşinyanın Samvel Karapetyana qarşı atdığı addımları, kilsəyə qarşı təzyiqlərini pisləyir”.

Bəs belə vəziyyətdə Paşinyan nə etməlidir? Müsahibimiz bildirib ki, onun komandasındakı adam siyasi rəqibin düşərgəsinə keçibsə, bu cür adamlar dərhal uzaqlaşdırılmalıdır:

“Fəxri konsul Rusiyanın üç subyektində öz fəaliyyətini yerinə yetirir. Bunlar - Perm, Çelyabinsk və Sverdlovskdir. Mütləq Kremldən hansısa qruplar təlimat veriblər ki, konsul bu prosesə qoşulsun. Yəqin ki, bundan sonra digərləri də bu prosesə qoşulacaq”.

Abutalıb Səmədov: Paşinyan Rusiya ilə bütün körpüləri yandırıb, geri qayıtmağa yer qoymayıb

A.Səmədov hesab edir ki, Paşinyanı devirmək üçün Rusiya əlindən gələni edəcək:

“Başqa yol yoxdur. Paşinyan Rusiya ilə bütün körpüləri yandırıb. Geri qayıtmağa yer qoymayıb. Bu səbəbdən Rusiya nəyin bahasına olur-olsun, ya seçkiyə qədər, ya da seçkidə Paşinyanı məğlubiyyətə uğratmalıdır".

Qeyd edək ki, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan geri çağırılıb. Bildirilir ki, Spartakyan İrəvan hakimiyyəti ilə erməni kilsəsi arasında yaranan münaqişədə rəsmən ikincini dəstəkləyib. Spartakyan özü qeyd edib ki, Yekaterinburqda yaşayıb və yaşamaqda davam edir və o, fəxri konsul statusu olmasa belə, Sverdlovsk sakinləri və erməni icması üçün lazım olan hər şeyi edəcək:

"Mən bütün ermənilərin mənəvi birliyinin mühüm təməli kimi Erməni Apostol lilsəsinə qarşı hər hansı hərəkəti yolverilməz hesab edirəm".

Aydın Baxış


SON XƏBƏRLƏR

31 Iyul 2025