ABŞ Prezidenti Donald Tramp bir çox cinayətlərdə qismən təqsirli bilinən məşhur repçi Diddini (Şon Con Kombs) əfv etməyi ciddi nəzərdən keçirir.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağ Ev hələ ki bu barədə tam rəsmi açıqlama vermir.
Bildirilir ki, bu məsələ əvvəlcə ciddi qəbul olunmasa da, 2025-ci ilin iyulunda Diddinin qismən təqsirli bilinməsindən sonra Trampın komandası əfvi real seçim kimi dəyərləndirməyə başlayıb.
Məlumata görə, Kombsun əfvi ilə bağlı Ağ Evlə rəsmi danışıqları onun vəkilləri yox, yaxın ətrafındakı şəxslər aparıb. Onlar həm şəxsi, həm də rəsmi müraciətlərlə nüfuzlu şəxslərlə əlaqəyə keçiblər.
Xatırladaq ki, Diddi 2024-cü il sentyabrın 17-də cinsi istismar məqsədilə insan alveri, cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə həbs edilib. Əgər o, təqsirli bilinsə, ömürlük həbs cəzasına və ya minimum 15 il azadlıqdan məhrumetməyə məhkum oluna bilər.
Musiqiçi ittihamların hamısını rədd edib.