• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Macarıstan Rusiya-Ukrayna münaqişəsi səbəbindən 22,5 milyard avro itirdi

DÜNYA

30 Avqust 2025 | 17:54 | Müəllif: Gülşən Şərif

Macarıstan Rusiya-Ukrayna münaqişəsi səbəbindən 22,5 milyard avro itirdi

Macarıstan hökuməti Rusiya-Ukrayna münaqişəsi və Avropa İttifaqının yanlış siyasəti nəticəsində ölkənin maliyyə itkilərini 22,5 milyard avrodan çox qiymətləndirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstan Baş Naziri Aparatının rəhbəri Antal Roqan deyib.

Baş nazir qeyd edib ki, Nazirlər Kabinetinin hesablamalarına əsasən, son üç il yarım ərzində enerji daşıyıcılarının qiymətlərinin artması ilə əlaqədar Macarıstanın əlavə xərcləri təxminən 6,4 trilyon forint (16 milyard avro) təşkil edib:

"Biz müharibə inflyasiyası və faiz dərəcələrinin artması səbəbindən 2 trilyon forintdən çox xərcləməli olduq. Brüsselin sanksiya siyasətinə görə Rusiya bazarına çıxışını itirən Macarıstan şirkətlərinin itirdiyi mənfəət 700 milyarddan 1 trilyon forint (1,7 milyard avro ilə 2,5 milyard avro) arasında qiymətləndirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026