• Bakı 22° C

    9.54 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Simonyan Rusiya telekanallarının yayımının dayandırılmasını istəyir

DÜNYA

01 Iyul 2025 | 18:47

Simonyan Rusiya telekanallarının yayımının dayandırılmasını istəyir

Rusiya telekanallarının Ermənistan Respublikası ərazisində yayımının dayandırılması məsələsi ciddi müzakirə olunmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu iyulun 1-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanda baş verən hadisələrlə bağlı bəzi rusiyalı yayımçıların, ictimai-siyasi xadimlərin qiymətləndirmələrini şərh edərkən deyib.

O, xüsusən də Rusiya televiziyalarının bəzi verilişlərinin Ermənistan-Rusiya münasibətlərinə ziyan vurması ilə bağlı fikirlərini bildirib. "Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və digər rəsmi şəxslər tərəfindən çox yaxşı səfərlər oldu. İndi Samvel Karapetyan (erməniəsilli rusiyalı iş adamı - red.) tərəfindən maliyyələşdirilən bəzi adamlar onu qorumağa çalışırlar. Qoy bizim daxili işlərimizə qarışmasınlar", - deyə Simonyan əlavə edib.

Parlament sədri vurğulayıb ki, bu cür proqramlar və mövqelər təkcə onda deyil, Ermənistan Respublikası vətəndaşlarının böyük əksəriyyətində də mənfi emosiyalar yaradır.


SON XƏBƏRLƏR