Rusiya Bakı ilə birbaşa əlaqələr zamanı Azərbaycanda saxlanılan "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının azad edilməsinə nail olmağı planlaşdırır.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ümid edirik ki, ən yaxın zamanda Azərbaycan tərəfi ilə birbaşa əlaqələr zamanı onların azad edilməsinə nail ola biləcəyik", - o qeyd edib.