ABŞ-nin Kaliforniya ştatında donanmaya məxsus F-35 döyüş təyyarəsi qəzaya uğrayıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, pilot fırlatma sistemi ilə sağ-salamat təyyarədən çıxaraq xilas olub.
Qəza Kaliforniyadakı Limuır Donanma Hava Bazası yaxınlığında baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu il yanvarda isə Alyaska ştatında başqa bir F-35 təyyarəsi qəzaya uğramışdı, pilot təhlükəsizliyi təmin edilmişdi.
Əli Hüseynov