• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanın neft obyektlərinə zərbə endirilib - Ukrayna Baş Qərargahı

DÜNYA

30 Avqust 2025 | 10:00

Rusiyanın neft obyektlərinə zərbə endirilib - Ukrayna Baş Qərargahı

Ukrayna Baş Qərargahı Rusiyada iki neft emalı zavoduna zərbə endirildiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, avqustun 30-na keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Krasnodar şəhərindəki Krasnodar Neft Emalı Zavoduna (NEZ) və Rusiyanın Samara vilayətindəki Sızran NEZ-ə zərbə endirib.

Baş Qərargahın məlumatında qeyd olunub ki, əməliyyat düşmənin hücum potensialını azaltmaq və hərbi hissələrə yanacaq təchizatını çətinləşdirmək məqsədilə həyata keçirilib.

PUA-ların zavodlara vurduğu ziyanın miqyası dəqiqləşdirilir.

Baş Qərargahın məlumatında həmçinin vurğulanıb ki, Sızran NEZ-in ərazisində yanğın müşahidə olunur.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026