• Bakı 20° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Türkiyə Nazirlər Kabinetinin növbəti iclası baş tutacaq

DÜNYA

29 Sentyabr 2025 | 09:14

Türkiyə Nazirlər Kabinetinin növbəti iclası baş tutacaq

Bu gün Türkiyənin Nazirlər Kabineti prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə toplanacaq.

Bakıvaxtı.az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.

İclasda əsas mövzu “Terrorsuz Türkiyə” hədəfi, silahsızlanma prosesi və parlament komissiyalarının fəaliyyəti olacaq.

Bundan əlavə, Suriyadakı vəziyyət və terror təşkilatlarının bölgədəki potensial fəaliyyətləri ilə bağlı kəşfiyyat hesabatları müzakirə ediləcək.  Qəzzada atəşkəsin təmin edilməsi və İsrailin işğal planına qarşı atılacaq addımlar da gündəmdə yer alacaq.

Toplantıda həmçinin Ərdoğanın ABŞ səfəri və Ağ Evdə Donald Tramp ilə görüşünün detalları barədə məlumat veriləcək. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

28 Sentyabr 2025