• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ukraynalı şahmatçı müharibədə həlak oldu

DÜNYA

28 Sentyabr 2025 | 19:35 | Müəllif: Subhan Mahmudov

Ukraynalı şahmatçı müharibədə həlak oldu

Şahmat üzrə Ukraynanın idman ustalığına namizəd Anton Boldırev rus işğalçıları ilə müharibədə həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, 2022-ci ildən Ukraynanı müdafiə edib və sentyabrın 20-də Donetsk vilayətində həlak olub – 50 yaşı var idi.

Minaatan taqım komandiri uşaqlıqdan şahmatla maraqlanıb və turnirlərdə iştirak edib, daha sonra Ukraynanın idman ustası namizədi adını alıb.

Boldırev bir neçə dəfə gənclər arasında şahmat üzrə Ukrayna çempionatının final mərhələsində də çıxış edib, lakin peşəkar karyerasını inkişaf etdirə bilməyib.

O, uşaq ikən ailəsi ilə birlikdə köçdüyü Şostkada dəfn edilib./Publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026