HƏMAS daha bir israilli girovun meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının "Telegram" kanalında məlumat verilib.
"Mübadilə razılaşması çərçivəsində bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) girovun meyitini təhvil verəcəyik", - paylaşımda qeyd olunub.
Radikallar meyitin Qəzza zolağı ərazisindəki tunellərin birində tapıldığını bildiriblər.
Bakı 


