• Bakı 18° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edildi

DÜNYA

28 Oktyabr 2025 | 17:29

Azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edildi

Rostov-na-Donu Qarnizon Hərbi Məhkəməsində Rosqvardiyanın təchizat idarəsinin rəis müavini, Azərbaycan əsilli general Mirzə Mirzəyevin cinayət işi üzrə proses başa çatıb.

Bakıvaxtı.az Baş Hərbi Prokurorluğa istinadən xəbər verir ki, məhkəmə külli miqdarda rüşvət almaqda ittiham olunan azərbaycanlı generalı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, 53 yaşlı Mirzəyev 2024-cü ilin noyabrında həbs edilib. İttihama görə, o, tez tikilə bilən binalar üçün modulların təchizatçısından 140 milyon rubl tələb edib. Mirzəyev pulun verilməyəcəyi halda 480 milyon rubl dəyərində müqaviləni ləğv etməklə hədələyib. Şirkət Mirzəyevə vəsait köçürüb, o da saxlanılıb.


SON XƏBƏRLƏR