• Bakı 18° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

KTMT-nin döyüş potensialı ARTIRILACAQ

DÜNYA

28 Oktyabr 2025 | 17:10

KTMT-nin döyüş potensialı ARTIRILACAQ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv qüvvələrinin döyüş potensialının artırılması planlaşdırılır.

Bakıvaxtı.az Belarus mediasına istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında bildirib.

"Söhbət KTMT-yə üzv dövlətlərin silahlı qüvvələri üçün hərbi kadrların hazırlanması proqramlarının müasir hərb elminin, texnikanın nailiyyətləri və qabaqcıl təcrübə nəzərə alınaraq təkmilləşdirilməsindən gedir", - o izah edib.

Baş katib KTMT-nin kollektiv təhlükəsizlik strategiyasının müddətinin uzadılması üzərində işin davam etdiyini qeyd edib.

"Belarus Respublikası Prezidentinin təşəbbüsü ilə 2025-ci ilə qədər olan dövr üçün qəbul edilmiş KTMT-nin kollektiv təhlükəsizlik strategiyasının müddətinin uzadılması üzərində fəal iş aparırıq. Onun mahiyyəti qüvvədə olan sənədin ən vacib müddəalarını qoruyub saxlamaqla, məzmununu təşkilata üzv dövlətlərin kollektiv təhlükəsizlik sahəsində ən yeni çağırış və təhdidlərə səmərəli yanaşma ehtiyacına uyğunlaşdırmaqdır", - İ.Tasmagambetov qeyd edib.


SON XƏBƏRLƏR