Bir neçə gün əvvəl ailəsindən xəbərsiz yaşayış yerini tərk edən Ağsu şəhər 3 saylı tam orta məktəbin şagirdi tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev hadisənin təfərrüatlarını açıqlayıb.
Xidmət rəisinin sözlərinə görə, skuterlə naməlum istiqamətə gedən məktəbli müəlliminə valideyninin adından mesaj yazıb.
"Uşaqlarınızı nəzarətsiz qoymayın: həyəcanlı axtarış “dərs”ə çevrildi
Skuterlə naməlum istiqamətə getmişdi. Məktəbli anasının telefonundan müəlliməsinə “xəstələnib, dərsə gəlməyəcək” mesajı yazmışdı. Polis o uşağın tapılması üçün bir neçə saat davam edən həyəcanlı tədbir keçirdi və bu, bütün valideynlərə dərs olmalıdır.
Məlum olub ki, uşaq rayona yaxın kəndin meşəlik ərazisinə evdən götürdüyü örtüklə “piknik” etməyə gedib. Fərqinə varmayıb ki, rayon polisinə həyəcan siqnalı verilib. Uşaqları nəzarətsiz qoymayın, müəllimləri ilə ünsiyyətinizi diqqətdə saxlayın, əziz valideynlər", - deyə Elşad Hacıyev bildirib.