Türkiyədə barəsində casusluq ittihamı ilə istintaq aparılan İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun işində Azərbaycanla bağlı hissə də yer alıb. Bildirilib ki, şübhəli şəxs Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının başqanı olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.
Bakıvaxtı.az xəbər verir ki, İsa Qəmbər məsələ ilə bağlı "Unikal"a açıqlama verib:
"Mənim haqda yazılanlar həqiqətə uyğun deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm. Həmin şirkət vasitəsilə guya mənə "maliyyə dəstəyi göstərilməsi" uydurmadır", - deyə o əlavə edib.
Bakı 


