• Bakı 20° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

"Barselona"dan klub tarixinin rekordu

İDMAN

29 Sentyabr 2025 | 09:17

Barselonadan klub tarixinin rekordu

"Barselona" klub tarixinin rekordunu təkrarlayıb.

Bakıvaxtı.az İspaniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda buna La Liqanın VII turunda "Real Sosyedad"ı məğlub etməklə nail olub.

Son ölkə çempionu bütün yarışlarda ardıcıl 44-cü matçda qol vurub. Əvvəlki rekord 1942-ci ilin noyabrından 1944-cü ilin fevralınadək Xuan Xose Noqesin baş məşqçi olduğu dönəmə təsadüf edib. Kataloniyalılar həmin vaxt 44 qarşılaşmanın hər birində fərqlənib.

Qeyd edək ki, "Barselona" "Real Sosyedad"ı 2:1 hesabı ilə üstələyib.


SON XƏBƏRLƏR

28 Sentyabr 2025