• Bakı 20° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

VHP Ali Məclisinin yeni sədri seçildi

SİYASƏT

29 Sentyabr 2025 | 09:23

VHP Ali Məclisinin yeni sədri seçildi

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, sessiyada əvvəlcə VHP sədri Sabir Rüstəmxanlı ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı məruzə edib.

Sabir Rüstəmxanlı qeyd edib ki, VHP bu gün ana müxalifət mövqeyində ölkənin milli birlik mövqeyi üçün çalışır.

Məruzə ətrafında müzakirələrdə deputatlar Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, Siyasi Şura üzvləri İbrahim Quliyev və Vəli Əsmətov, Qax rayon təşkilatının sədri Zaza Poladaşvili, Cəlilabad rayon təşkilatının sədri Əliqismət Əlibəyli, Gəncə şəhər təşkilatının sədri Orxan İslamzadə, Astara rayon təşkilatının sədri Səfərəli Teymurzadə, Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu çıxış ediblər.

Gündəlikdəki ikinci məsələ ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Ali Məclis sədrliyinə Yusif Salmansoyun namizədliyi irəli sürülüb və əksəriyyətin lehinə səsvermə ilə o, VHP Ali Məclisinin sədri seçilib.


SON XƏBƏRLƏR

28 Sentyabr 2025