Vaşinqton administrasiyası “Tomahavk” qanadlı raketlərinin sonradan Kiyevə təhvil verilməsi üçün NATO-nun digər ölkələrinə tədarükünün mümkünlüyü barədə hələ qərar verməyib, baxmayaraq ki, Vladimir Zelenski bunu tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Foka Nyus” telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Qeyd edək ki, “Axios” nəşri Tramp administrasiyasının Zelenskinin müvafiq tələbini rədd etdiyini yazmışdı.