• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aldığı məhkəmə çağırışına işğalçılıq hədəsi ilə cavab verdi

DÜNYA

28 Oktyabr 2025 | 20:27 | Müəllif: Subhan Mahmudov

Aldığı məhkəmə çağırışına işğalçılıq hədəsi ilə cavab verdi

"Rossiya Segodnya"nın və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan Ukraynada məhkəməyə verilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında bildirib. Erməni jurnalist Kiyevdəki Şevçenkivski Rayon Məhkəməsindən aldığı çağırışları da dərc edib.

"Kiyevdə yenidən nikbinlik dalğası var. Mənə 30 oktyabr üçün məhkəmə çağırışı göndərirlər. Təəssüf ki, uşaqlar, 30 oktyabra qədər Kiyevi tutmayacağıq", - deyə jurnalist cavab verib.

Simonyan, həmçinin, 12 mayda da Kiyevdə məhkəmə çağırışı aldığını bildirib. O, iclasın 19 iyun tarixinə təyin olunduğunu deyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026