• Bakı 18° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

“Disney”də 10 gün ərzində 3 ölüm - Polis araşdırma aparır

DÜNYA

28 Oktyabr 2025 | 20:11

“Disney”də 10 gün ərzində 3 ölüm - Polis araşdırma aparır

ABŞ-nin Florida ştatında yerləşən məşhur “Walt Disney World” istirahət kompleksində 10 gün ərzində 3 nəfərin həyatını itirməsi müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, ardıcıl baş verən hadisələrdən sonra polis araşdırmaya başlayıb.

Məlumata görə, ilk hadisə oktyabrın 14-ü ərəfəsində qeydə alınıb. Belə ki, 31 yaşlı qadın “Disney’s Contemporary Resort” adlı oteldə ölü tapılıb. Polis ilkin araşdırmalara əsasən, bunun intihar ola biləcəyini açıqlayıb.

İkinci ölüm hadisəsi oktyabrın 21-də baş verib. Təxminən 60 yaşlarında bir kişi “Disney’s Fort Wilderness” düşərgə sahəsində qəfil sağlamlıq problemi keçirib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Üçüncü ölüm isə oktyabrın 23-də yenə “Contemporary Resort”da qeydə alınıb. Bu şəxsin kimliyi və ölüm səbəbi hələlik açıqlanmayıb.

Rəsmilər bildiriblər ki, bu üç hadisə arasında hər hansı əlaqə müəyyən olunmayıb.


SON XƏBƏRLƏR