• Bakı 18° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Ukrayna və Aİ atəşkəs planının təfərrüatlarını müzakirə edəcək

DÜNYA

28 Oktyabr 2025 | 20:05

Ukrayna və Aİ atəşkəs planının təfərrüatlarını müzakirə edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin sonunda Ukrayna və Avropa rəsmilərinin atəşkəs planının təfərrüatlarını müzakirə etmək üçün görüşəcəklərini açıqlayıb.

Bakıvaxtı.az "Əl-Ərəbiyyə" kanalına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

"Bu, müharibəyə (Rusiya-Ukrayna – red.) son qoymaq planı deyil. Əvvəlcə atəşkəs lazımdır. Bu, diplomatiyaya başlamaq planıdır... Məsləhətçilərimiz yaxın günlərdə görüşəcəklər; cümə və ya şənbə günü ilə bağlı razılığa gəldik. Onlar bu planın təfərrüatlarını müzakirə edəcəklər", - V.Zelenski deyib.


SON XƏBƏRLƏR