• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Suriyaya qayıdanların sayı AÇIQLANDI

DÜNYA

28 Sentyabr 2025 | 14:45 | Müəllif: Subhan Mahmudov

Suriyaya qayıdanların sayı AÇIQLANDI

Bəşər Əsədin devrilməsindən sonra Suriyaya bir milyona yaxın qaçqın qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” BMT-nin Qaçqınlarla İş üzrə Agentliyinə istinadla məlumat yayıb.

Məlumata görə, ötən ilin dekabrından Türkiyədən 419 min, Livandan 334 min, İordaniyadan 204 min, İraqdan 37 min və Misirdən 27 min suriyalı vətənlərinə qayıdıb.

Qayıdanların 350 mini Dəməşq və Hələbdə, 95 mini isə Dera şəhərində məskunlaşıb.

Avropa ölkələrindən qayıdan suriyalılarla bağlı məlumat verilıməyib.

Qeyd edək ki, Suriyadan 2011-ci ildən başlayan vətəndaş müharibəsi səbəbindən 13 milyon suriyalı ölkəsini tərk etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026