• Bakı 17° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Qadınlarla bağlı vəziyyəti görmək üçün aparıcını İrana dəvət etdi

DÜNYA

28 Sentyabr 2025 | 20:55

Qadınlarla bağlı vəziyyəti görmək üçün aparıcını İrana dəvət etdi

İran prezidenti Məsud Pezeşkian müsahibəsi zamanı Amerikanın "Fox News" telekanalının aparıcısı Marta Makkallumu İslam Respublikasına səfərə dəvət edib ki, bu ölkədə qadınların hüquqlarına necə riayət edildiyini öz gözləri ilə görsün.

Bakıvaxtı.az xəbər verir ki, Pezeşkian aparıcının İranda qadın hüquqları ilə bağlı sualını cavablandırarkən deyib:

"Məncə, İrana səfər etmək sizin üçün əla olardı, çünki İran haqqında sizə göstərilənlər, Qərb kəşfiyyat agentliklərinin və başqalarının dedikləri İrandakı gündəlik həyat reallığından tamamilə uzaqdır".

O qeyd edib ki, İslam Respublikasında qadınlar bir çox azadlıqlardan istifadə edirlər.

"Hazırda İran hökumətində və administrasiyasında beş qadın çalışır və hazırkı hökumət onların hüquqlarını qorumağa və bərabərlik uğrunda mübarizəyə davam edəcək", - prezident əlavə edib. 


SON XƏBƏRLƏR

27 Sentyabr 2025