• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Azərbaycanlı hakimlər UEFA proqramında

İDMAN

28 Sentyabr 2025 | 14:19 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı hakimlər UEFA proqramında

UEFA-nın “Center of Refereeing Excellence” (CORE) proqramı təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, gənc və perspektivli hakimlərin inkişafı məqsədilə UEFA-nın həyata keçirdiyi proqramda Azərbaycanı AFFA Hakimlər Departamentinin rəhbəri, mentor Ömər Paşayev, baş hakim Tural Qurbanov və köməkçi hakim Asiman Əzizli təmsil ediblər.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Proqram çərçivəsində Ömər Paşayev Gürcüstan və Farer adalarından olan gənc hakimlərin 6 aylıq hazırlıq prosesindən sonrakı imtahanlarında iştirak edib. Gənc hakimlərimiz isə CORE 60 layihəsinə qatılaraq, intensiv hazırlıq prosesindən keçiblər. İmtahanlarda uğurlu nəticə göstərən hakimlərə UEFA tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, CORE proqramı Avropanın müxtəlif ölkələrindən seçilən gənc hakimlərin peşəkar inkişafına, beynəlxalq oyunlarda daha yüksək səviyyədə fəaliyyət göstərməsinə şərait yaradır


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026