• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Blan istefaya göndərildi

İDMAN

28 Sentyabr 2025 | 13:30 | Müəllif: Subhan Mahmudov

Blan istefaya göndərildi

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu baş məşqçisi Loran Blanı istefaya göndərib.

Bakıvaxtı.az xəbər verir ki, yerli çempionatın son turunda "Əl-Nəsr"ə məğlubiyyətdən (0:2) sonra fransalı mütəxəssislə bağlı qərar verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Fransa millisinin sabiq baş məşqçisi 2024-cü ilin iyulundan "Əl-İttihad"ı çalışdırır. Komanda onun rəhbərliyi altında ilk mövsümündə liqa və Kral kubokunu qazanıb. “Əl-İttihad” bu mövsüm Səudiyyə Ərəbistanı çempionatına ardıcıl üç qələbə ilə başlayıb və yalnız son turda uduzub. Komanda 4 turdan sonra 9 xalla 3-cü pillədədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026