• Bakı 18° C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Karateçilərimiz Avropa çempionatında uğurla çıxış ediblər 

İDMAN

28 Sentyabr 2025 | 15:11

Karateçilərimiz Avropa çempionatında uğurla çıxış ediblər 

Macarıstanın Debretsen şəhərində keçirilən şinkyokuşinkay üzrə Avropa çempionatında Azərbaycan yığma komandası uğurlu nəticələr əldə edib.

Bakıvqctı.az xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdin Rüstəmovun rəhbərliyi altında milli komanda təmsil edib.

Solmaz Zeynallı (59 kq) və Səlahət Həsənov (80 kq) bürünc medal qazanıblar. Balaəmi Əhmədov (60 kq) gümüş medalla kifayətlənib.

Beynəlxalq yarışda ölkəmizi hakim qismində Allahverdi Rüstəmov və Samir Fərzəliyev də təmsil ediblər.


SON XƏBƏRLƏR

27 Sentyabr 2025