• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi: 8 İŞİD terrorçusu öldürüldü

DÜNYA

28 Sentyabr 2025 | 21:33 | Müəllif: Subhan Mahmudov

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi: 8 İŞİD terrorçusu öldürüldü

Türkiyə Milli Kəşfiyyat İdarəsi Suriyada İŞİD terrorçularına qarşı əməliyyat keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha əvvəl Türkiyə vətəndaşı Binali Aslanın avtomobilini kirayələyəndən sonra onu öldürən 14 nəfərlik qrupun Suriyanın İdlib bölgəsinə qaçdığı müəyyən olunub.

"Suriya Daxili Təhlükəsizlik Xidməti ilə koordinasiyalı şəkildə həmin ünvana keçirilən əməliyyatda "təslim ol" çağırışlarına atəşlə cavab verilməsi nəticəsində baş verən atışmada şübhəlilərdən 8-i ölü, 2-si yaralı, 4-ü isə sağ olaraq ələ keçirilib", - məlumatda qeyd olunub.

O da bildirilib ki, əməliyyat Milli Kəşfiyyat Təşkilatının, Daxili İşlər Nazirliyi Kəşfiyyat Baş İdarəsinin və Terrorla Mübarizə İdarəsinin koordinasiyalı fəaliyyəti ilə keçirilib. Sağ qalan şübhəlilərin Türkiyəyə təhvil verildiyi vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026