• Bakı 19° C

    1.98 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Rusiya MN-nin şirkət rəhbəri mənimsəmədə ittiham olunur

DÜNYA

29 Sentyabr 2025 | 09:18

Rusiya MN-nin şirkət rəhbəri mənimsəmədə ittiham olunur

Rusiya Müdafiə Nazirliyindən milyardlarla rublun mənimsənilməsi ilə bağlı istintaq işi üzrə yeni təqsirləndirilən şəxs müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, Hərbi Tikinti Şirkətinin (VSK) keçmiş rəhbəri Andrey Belkov bu cinayət işi üzrə sonuncu müttəhim kimi tanınıb.

Belə ki, TASS-ın məlumatına görə, Belkov istintaq zamanı keçmiş müdafiə nazirinin müavini Timur İvanovun əleyhinə ifadə verib.

Cinayət işi Donetsk Xalq Respublikasında dövlət müqavilələri əsasında aparılan tikinti işləri zamanı baş verən mənimsəmələrlə bağlıdır. İstintaqın məlumatına görə, Müdafiə Nazirliyinə dəymiş ziyanın ümumi məbləği 5 milyard rubldan çox ola bilər. Qeyd edə ki, iş 2023-cü ilin iyun ayında açılıb və Müdafiə Nazirliyindən oğurluqla bağlı beş cinayət işi birləşdirilib.

Məlumata görə, bu iş üzrə digər təqsirləndirilənlər arasında Yuliya Mervaezova, Vadim Vıqulyarnı, Yevgeni Qorbaçov, Vitali Prudnikov və İlya Leonov da var. Timur İvanovun da yeni cinayət işində şübhəli şəxs qismində istintaqa cəlb edilə biləcəyi bildirilib.

Məhkəmə sənədlərinə əsasən, mənimsəmə hallarına Rusiya hərbçiləri üçün müxtəlif obyektlərin tikintisi zamanı yol verilib. Belkovun istintaqa verdiyi ifadələr iş üzrə sübut bazasının genişlənməsinə və digər iştirakçıların məsuliyyətə cəlb olunmasına səbəb olub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

28 Sentyabr 2025