• Bakı 18° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

"Real"da ciddi itki

İDMAN

28 Sentyabr 2025 | 17:14

Realda ciddi itki

"Real Madrid" klubunun sağ cinah müdafiəçisi Dani Karvaxala sağ ayağında əzələ zədələnməsi diaqnozu qoyulub.

Bakıvaxtı.az bu barədə klubun rəsmi saytına istinadla xəbər verir.

33 yaşlı futbolçu İspaniya La Liqasının yeddinci turu çərçivəsində səfərdə "Atletiko Madrid" komandası ilə matçda zədələnərək, 59-cu dəqiqədə əvəzlənmişdi.

"Instant Foot"un məlumatına əsasən, Karvaxal dörd həftə müddətinə yaşıl meydanlardan uzaq qala bilər.

İspan futbolçu bu mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə yeddi oyun keçirib. /oxu.az


SON XƏBƏRLƏR

27 Sentyabr 2025