Gəncə və daha 6 şəhərdə bu gündən start götürən III MDB Oyunları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri təmin olunur.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə birgə naryad qrupları şəklində xidmət aparırlar.
Oyunların keçirildiyi bütün ünvan və ərazilər nəzarətə götürülüb, asayişin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.