• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Çilidən olan parlamentarilər “ASAN xidmət”də

CƏMİYYƏT

29 Sentyabr 2025 | 10:14 | Müəllif: Əli Hüseynov

Çilidən olan parlamentarilər “ASAN xidmət”də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti  ilə görüşüb.

Bakıvaxtı.az bu barədə qurumdan əldə etdiyi məlumata istinadla xəbər verir.

Məlumata görə, qonaqlara “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.

Qonaqlar “ASAN xidmət”in, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrin onlarda böyük təəssürat yaratdığını, bu təcrübənin Çili tərəfi ilə paylaşılmasında maraqlı olduqlarını bildiriblər.


Çilidən olan parlamentarilər “ASAN xidmət”dəÇilidən olan parlamentarilər “ASAN xidmət”dəÇilidən olan parlamentarilər “ASAN xidmət”dəÇilidən olan parlamentarilər “ASAN xidmət”də
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026